
Hazırda Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalanın tərəfdarları Avropa Şurası Parlament Assambleyasının qarşısında ona azadlıq tələbi ilə aksiya keçirir.
Gununsesi.info-nun Strasburqa ezam olunan müxbirinin məlumatına görə, yüzlərlə Öcalan tərəfdarları AŞPA binasının qarşısına toplanıb. Müxtəlif şüarlar səsləndirir, Avropa Şurasını Öcalanın azad olunması üçün hərəkətə keçməyə çağırırlar.
Qeyd edək ki, bu gündən AŞPA – nın yaz sessiyası öz işinə başlayıb.
Gununsesi.info