“OCEP” üzrə Azərbaycan - Qazaxıstan münasibətlərini özündə əks etdirən tədbir keçirildi - Fotolar

“18 May 2023 – cü ildə məzun olduğum Bakı şəhəri, N.Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə Milli Olimpiya Komitəsinin, Elm və təhsil Nazirliyinin birgə layihəsi olan “OCEP” üzrə Azərbaycan – Qazaxıstan münasibətlərini özündə əks etdirən tədbirdə Millət Vəkili Fəzail Ağamalı ilə birlikdə iştrak etdim”.

Gununsesi.info xəbər verir ki, bunu Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya üzrə müşaviri Günay Ağamalı qeyd edib.

“Tədbir Azərbaycanlı və Qazaxstanlı şagirdlərin ifasında müxtəlif çıxışlarla, idman növlərinin nümayişi ilə göz oxşadı. Bu cür layihələrin ənənəvi keçirilməsi dövlətlər və xalqlar arasındakı isti bağlılığa yol açır.

Dərin köklərə malik olan Azərbaycan – Qazaxıstan münasibətlərinin sıx bağlılığı oxşar mədəni dəyərlərə, adət – ənənələrə malik olmaqla yanaşı həm də eyni kökənli dilimiz və dini bağlılığımızdır. Azərbaycan və Qazaxıstan arasındakı qardaş, dost münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” sindən sonra daha da möhkəmlənmişdir.

Qazaxıstan xalqı həm birinci həm də İkinci Vətən müharibəsi dönəmində ölkəmizə dəstəyini əsirgəməyib” – G.Ağamalı bildirib.

 

 

 

Şəbnəm

Gununsesi.info