Ödəmə terminallarına qənim kəsilənlər ələ keçdilər

  • By admin
  • 22 Mart 2021 17:52

Cəlilabad rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıb.

HTML tutorial

Davam etdirilən araşdırmalarla onların VAZ-2105 markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus VAZ-2103 markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlaması ilə bağlı şübhələr müəyyən edilib.

Gununsesi.info