“Ödənişli yolda radar yoxdur, kim istəyir yuxarı sürətlə sürsün” -Video

“Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur. Biz sürücülərə xəbərdarlıq məqsədilə məlumat vermişik. Orada heç bir radar və nəzarət yoxdur”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov Baku.Tv-yə ödənişli yola yeni qoyulan sürət həddi ilə bağlı açıqlamasında deyib:

 

“Sürət həddini 110-dan yuxarı kim istəyirsə, artıq sürə bilər”.