Ödənişsiz abituriyent hazırlığına onlayn qeydiyyat davam edir

  • By admin
  • 01 Aprel 2021 19:44

“Fortis Academy” FORTİS GROUP MMC tərəfindən həyata keçirilən təhsilin inşasına dəstək sosial layihəsidir. Təhsilə marağı olan şəhid, qazi və sosial təminatı zəif olan ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin bütün xərcləri şirkət tərəfindən qarşılanır.

Gununsesi.info xəbər verir ki, burada 9, 10 və 11-ci sinif şagirdləri tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar.
Hal-hazırda 8-ci sinifdə təhsil alan şagirdlər 2021-2022-ci tədris ili üçün aşağıda qeyd edilən linkə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər.

HTML tutorial

http://fortisgroup.az/fortisacademyregister (Linkə Bio-dan da daxil ola bilərsiniz).

Qeydiyyatdan keçdikdən sonra “Fortis Academy”nin əməkdaşları tezliklə sizinlə əlaqə saxlayaraq qəbul imtahanları haqqında sizi məlumatlandıracaqlar.

Xırdalan şəhəri, Z.Tağıyev küç.13
(+994 50) 251 90 20 ;

Qaynar xətt: *0011

info@fortisacademy.az

office@fortisacademy.az

Fortis-Academy (Facebook)

 fortis.academy (Instagram)

 

Gununsesi.info