Gəncədə növbə üstündə dava: 48 yaşlı kişinin gözü töküldü -YENİLƏNDİ

  • By admin
  • 01 İyun 2023 12:56

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava zamanı bir nəfərin gözünü tökən şəxs müəyyənləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib”, – o bildirib.

Qeyd olunub ki, E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

09:40

Gəncədə ödəmə terminalının qarşısındakı növbəyə görə yaranan mübahisə dəhşətli cinayətə səbəb olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Saat 22 radələrində naməlum şəxs növbəyə görə 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə mübahisə edib.

Həmin şəxs daha sonra E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz alması partlayıb və göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info