“Azərbaycan və Ukrayna Odessa-Brodı neft kəməri layihəsini bərpa etmək barədə razılığıa gəliblər”.
Gununsesi.info “ukrinform”a istinadən xəbər verir ki, bu məsələ Bakıda Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə müzakirə olunub. Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşün yekunu ilə bağlı keçirilən brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib ki, biz ciddi surətdə Odessa-Brodı layihəsinin bərpa olunmasını müzakirə etdik. “Layihəni bərpa etmək üçün lazımı tapşırıqlar verdik. Azərbaycan Avropa bazarına böyük həcmdə neft göndərir. Biz eyni zamanda Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit ölkəyik. O baxımdan Odessa-Brodı neft kəməri layihəsinin bərpası yeni imkanlar açır” – deyə, Azərbaycan prezidenti vurğulayıb. İ.Əliyev əlavə edib ki, Xəzər, Qara Dəniz və Baltik dənizi üçbucağında əməkdaşlıq üçün böyük imkanlar var, xüsusən də nəqliyyat dəhlizinin reallaşmasında müstəsna rol oynaya bilər.
Gununsesi.info