
Ukrayna Odessa limanından konteyner daşımalarını bərpa edib.
Gununsesi.info Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Danil Qetmantsev teleqram kanalında məlumat yayıb.
“Aprelin 3-də, genişmiqyaslı işğalın başlanmasından bəri ilk konteyner gəmisi Böyük Odessa limanlarından birinə gəlib və ertəsi gün Ukraynadan uğurla geri qayıdıb”, – siyasətçi bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin iştirakı ilə alternativ taxıl marşrutunun açılmasını tələb edən taxıl sazişindən çıxdıqdan sonra Ukrayna yük daşımalarını bərpa edə bilib.
Gununsesi.info