Odessada kollec yanğınında ölənlərin sayı artdı

  • By admin
  • 06 Dekabr 2019 22:24

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı artaraq 4 nəfər olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin saytında yazılıb. Hazırda 11 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu.

 

Gununsesi.org