Rusiyanın Odessa şəhərinə raket hücumunda ölənlərin sayı artıb. Ukrayna prezidenti Vladimir Zelenski hadisəyə dən sərt reaksiya verib.
Gununsesi.info xəbər verir ki, ölkədə həyatını itirənlər üçün ümummilli matəm elan edilib.
Zelenski sosial media hesabında Rusiyanın Odessaya raket hücumları ilə bağlı videomüraciət paylaşıb.
“Rusiyanın raket hücumundan sonra Odessada xilasetmə əməliyyatlarının davam etdiyini” deyən Zelenski hadisəni alçaq bir hücum kimi qiymətləndirib.
“İki raket atılıb, ikincisi isə hücum yerinə ilk gələn xilasedicilərə və tibb işçilərinə düşüb. Təcili tibbi yardım işçiləri və xilasedicilər yaralanıb və həlak olub. Onlarla insan yaralanıb. Dağıntılar altında qalanların axtarışları davam edir”, – Zelenski bildirib.
Ukraynanın Baş prokuroru Andriy Kostin sosial media hesabından verdiyi yazılı açıqlamada Odessaya hücum nəticəsində ölənlərin sayının 19-a, yaralıların sayının isə 73-ə yüksəldiyini açıqlayıb.
Gununsesi.info