Odessada öldürülən azərbaycanlıların kimliyi

Ukraynanın Odessa şəhərində diversiya qrupu tərəfindən öldürülən azərbaycanlıların kimliyi müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, avtomobildə silahlı hücum zamanı həlak olan azərbaycanlılar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Qeyd edək ki, Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Gununsesi.info