Odessada Ukraynaya məxsus təyyarə vuruldu

  • By admin
  • 01 Fevral 2017 20:29

t

 

Ukraynanın Odessa şəhərində dəniz iqtisadi zonasında nəqliyyat təyyarəsi atəşə tutulub.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Çeqolko bildirib.

Onun sözlərinə görə, hadisə təyyarə təlim uçuşunu həyata keçirən zaman baş verib: “Bu barədə müdafiə naziri Stepan Poltorak prezidentə məlumat verib. Bu, Odessada qaz yatağı sahəsində qeydə alınıb. İnsident nəticəsində ekipaj üzvləri xəsarət almayıblar”.

Gununsesi.info