Odessada vəziyyət kritikdir - FAŞİST PUTİN MİLYONLARLA İNSANI ELEKTRİKSİZ QOYUB

  • By admin
  • 11 Dekabr 2022 20:04

Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Odessanı hədəf alması və daha sonra Kiyev administrasiyasının Melitopola hücumu ilə Ukraynanın cənub bölgələri yenidən münaqişələrin ünvanına çevrilib. Ukrayna ordusu  Odessada Rusiyanın 10 pilotsuz təyyarəsini vurduğunu, lakin daha beş elektrik stansiyasını hədəfə aldığını və nəticədə təxminən 1,5 milyon insanı işıqsız qoyduğunu bildirib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Ukraynanın Melitopol şəhərinin sürgündə olan meri Rusiyanın nəzarətində olan şəhərə hücum barədə məlumat verib. Şəhərdə baş verən böyük yanğının bəzi görüntüləri də Rusiya rəsmiləri tərəfindən təqdim edilib.

Ukrayna rəsmiləri Odessada mühüm infrastruktur obyektlərinin İran istehsalı olan PUA-larla vurulduğunu bildirsə də, prezident Vladimir Zelenski “Odessa bölgəsində vəziyyət olduqca ağırdır” deyib.

Videomüraciət dərc edən Zelenski deyib:

“Təəssüf ki, bölgəni hədəf alan hücumlar kritik idi. Elektrik enerjisinin qaytarılması üçün günlər lazımdır”.

Moskva administrasiyası oktyabr ayından bəri Ukraynanın enerji infrastrukturunu raket və dron hücumları ilə vurur.

Melitopolda Moskvayönlü rəsmilər raket hücumları nəticəsində 2 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Sürgün edilmiş mer İvan Fedorov qeyd etdi ki, çoxlu “işğalçı” öldürülüb.

Moskvanın təyin etdiyi Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitskiy Telegram hesabında verdiyi açıqlamada “Havadan müdafiə sistemləri iki raketi dayandırıb. Bununla belə, dörd raket hədəflərinə çatdı”, – deyə o bildirib.

Balitskiy əlavə edib ki, Ukraynanın Himars raketləri ilə həyata keçirdiyi hücumda insanlar yemək yeyərkən “istirahət obyekti” vurulub.

Tərcümə:

Mais

Gununsesi.info