“Odlar Yurdu”nun sahibinin qatilinin məhkəməsi başlayıb

  • By admin
  • 03 Oktyabr 2016 13:53

mehkeme

Oktyabrın  3-də Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Mail Bayramovun qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkənin hazırlıq iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim M.Bayramov məhkəmə baxışını oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi V.Şirinov tərəfindən güllələnib.

Gülnaz Qənbərli

Gununsesi.info