
Abşeron rayonunda odlu silah satan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev Masazır qəsəbəsi ərazisində nömrəsi silinmiş “Naqan” markalı tapançanı 250 manata satmaq istəyərkən saxlanılıb.
Gununsesi.info