Ofisiantlardan vətənpərvər addım - FOTO

  • By admin
  • 03 Avqust 2017 08:10

569169

Bakının mərkəzində yerləşən kafelərdən birində ofisiantların geyimi diqqət çəkir. Burada işçilərin geyindiyi köynəklərin arxasında haştaq işarəsi ilə işğal olunmuş rayonlarımızın adları yazılıb. Özü də bu adlar ingilis dilində verilib: #zangilanisazerbaijan, #shushaisazerbaijan… və s.

İşçilərdən bunun səbəbini soruşduqda isə onlar turistlərə həqiqətləri çatdırmaq üçün belə addım atdıqlarını bildiriblər.

Kafenin inzibatçısı Kamran Mehdiyev deyir ki, məqsədləri ermənilər tərəfindən işğal olunan rayonlarımızı əcnəbilərə tanıtmaq, onların əslində Azərbaycanın bir hissəsi olduğunu bildirməkdir.

Müştərilərinin əksəriyyəti xarici turistlər olan bu restoranda ofisiantların öz təşəbbüsü ilə belə addım atmasını görən hər hər kəs təqdirlə qarşılayır.

569169

Gununsesi.info