Oğlu ilə evdən qaçan biləsuvarlı 19 yaşlı gəlin tapıldı

  • By admin
  • 01 Avqust 2017 20:21

gelinjpg-19-36-29

İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.

Gununsesi.info xəbər verir ki, yaxınlarının Report-un Aran bürosuna verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.

Gununsesi.info