Astarada bir neçə gün bundan öncə oğlu tərəfindən bıçaqlanan kişi ölüb.
Gununsesi.info-nun məlumatına görə, Astara şəhəri Nizami küçəsində oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri yetirilən, sonra bıçaqlanan Dadaşov Fərhad Xəlil oğlu bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə mayın 8-də baş verib. F. Dadaşov oğlu Xəlil Dadaşov arasında pul üstündə mübahisə baş verib, bu zaman oğul atasını bıçaqlayıb.
Xəlil Dadaşov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info