Oğlumu icra başçısı həbs etdirib - ZƏRDAB SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

  • By admin
  • 12 May 2018 21:14

 

Xəbər verildiyi kimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qanunsuz əməllərini ictimailəşdirən, onun hərəkətləri ilə bağlı aidiyyatı qurumlara şikayətlər göndərən Zərdab Rayon Çallı kənd sakini  Qənimət Məmmədov həbs edilib.

Gununsesi.info xəbər verir ki, adıçəkilən vətəndaşın atası Məmmədov Tehran Cəlil oğlu oğlunun qanunsuz həbsi barədə Prezident İlham Əliyevə müraciət edib. Müraciətinin bir surətini Gununsesi.info-ya göndərən valideyn övladının qanunsuz həbsindən danışır.

Tehran Məmmədov yazır:

Mənim oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər.
Səbəb isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub.Oğlum Qənimət fecbook sosial şəbəkəsində “Zərdabda Haqqın Səsi” adlı qrup yaradıb orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı.Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi.

Çünki,Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb.Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib.

Həbs edilən oğlum Qənimətin müdafiə hüquqları pozulub onunla əsir kimi davranılır, işgəncə veriblər.Həttda dünən apardığımız yeməyi qəbul etmədilər dedilər ki,  icra başçısının göstərişidir ki, yemək qəbul etməyin. Qeyd edim ki, ittiham tam saxta və qondarmadır.Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var.Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. Bizə Zərdab Rayon Polis Şöbəsindən ancaq onu dedilər ki, hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham olunacaq, artıq şikayətçilər var. Ancaq şikayətçilərin kimlər olmasını demədilər.Mənim oğlum heç kəsə hədə qorxu gəlməyib.Sadəcə onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əl altıları olacaq . Lütvəli Babayev o kəsdir ki. bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı.Ən əsası isə gəlin, baxın görün Zərdab rayonu necə bir bərbad gündədir.Öz qanunsuz yaranaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır mənim oğlum yox.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.Sizdən xahiş edirəm tam qanunsuz qondarma ittihamla həbsə atılmış günahsız oğlum Qənimətin azad olunmasına köməklik göstərəsiniz, Zərdab rayon sakinlərini Lütvəli Babayevin zülmündən qurtarasınız.

Xahiş edirəm köməklik edəsiniz.

Gununsesi.info