Oğlumuzu öldürüblər- NAXÇIVANDA İNTİHAR EDƏN HƏRBÇİNİN ANASI

  • By admin
  • 11 İyul 2023 19:22

Naxçıvanda müəmmalı şəkildə ölən hərbçi Kənan Bəkiyevin ailəsi övladlarının intihar etdiyinə inanmır.

Gununsesi.info-ya açıqlamasında hərbçimizin anası Turanə Bəkiyeva oğlunun özünə qəsd edəcək qədər gücsüz insan olmadığını, ölümündən bir gün əvvəl evlə danışdığını, əhvalının kifayət qədər yüksək olduğunu bildirib. Atası Seymur Bəkiyev də Kənanın çox həyatcanlı olduğunu bildirib.

“Mənim övladım ali təhsilli, idmançı cüsssəli və kifayət qədər ağıllı övlad idi. O, heç bir çətinlikdə acizlik göstərməyib. Özünü öldürəcək qədər zəif gənc deyildi. Bu hadisə hərtərəfli araşdırılmalıdır. Mənim övladım həyatsevər idi. Xahiş edirəm, balamın qanına bais olanlar cəzalandırılsın. Bu yeganə təsəllimiz olacaq”.

Qeyd edək ki, Kənan Bəkiyev bu ilin aprel ayında hərbi xidmətə çağırılıb. Xidmət müddətini Naxçıvanın Culfa rayonunda yerləşən N saylı hərbi hissədə çəkirdi.

 

Gununsesi.info