Xəbər verdiyimiz ki, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə zorakılığa məruz qalan daha bir 5 yaşlı uşağın həyat hekayəsini ictimaiyyətlə paylaşıb.
Uşağın sözlərinə görə, anası Səadət və anasının sevgilisi Kamran adlı şəxsin zorakılığına məruz qalıb. Bildirilib ki, uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Cütlüyün patı adlandırılan metanfetomin istifadəçisi olduğu da iddia edilib.
Baş verən hadisə ilə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib.
Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ: patidən istifadə edən ana sevgilisi ilə birləşib oğluna görün nələr yaşatdı
O, bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb: “Hadisə artıq nəzarətə götürülüb. Araşdırmanın nəticələrinə əsasən məsələyə hüqiqi qiymət veriləcək. Həqiqətən də valideynlər uşağa zor tətbiq edibsə, qanunun yol verdiyi çərçivədə tədbir görüləcək. Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
Gununsesi.info