“Oğlunu zibil qutularının yanında ölümcül halda tapdılar” – Kübra Əliyeva danışdı (VİDEO)

  • By admin
  • 26 Yanvar 2021 21:07
ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı əməkdar artist Kübra Əliyeva olub.

Gununsesi.info xəbər verir ki, aktrisa Səyavuş və Ofeliya Alsanın küçədə yaşayan oğulları haqqında maraqlı faktı açıqlayıb:

“Səyavuş da Ofeliya da qızıl sevər idi. Dünyanın harasına getsə çoxlu qızıl alıb gətirərdi. Evlərində seyf vardı. Pullarını orada saxlayardı. Bir gün teartda tamaşamız vardı. Səhnəyə çıxmağımıza biraz qalmışdı. Səyavuş qəfil otağıma girib maşınımın açarlarını alıb çıxdı. Dedi ki, oğlum maşınımın açarlarını götürüb getdi. Çingiz evdəki seyfi açıb oradakı qızılları, pulları götürmüşdü. Çingiz uzun müddət yoxa çıxdı. Sonra “Kömürçü bazarı” deyilən yerdə zibil qutularının yanında onu ölümcül halda tapdılar. Səyavuşun həyatını məhv etdi. Pis vərdişi olan insanların ölümü haqqdır. Çünki, belə adamlar ailənin nüfuzunu, şərəfini, qeyrətini heç edirlər. Çingiz, sənin ayıbını ancaq qara torpaq örtər. Belə adamları ölüm də aparmır”.