Oğru buna görə avtomobili rahat talayır - DİN

  • By admin
  • 13 Mart 2022 14:24

“Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər”.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır”, – DİN rəsmisi qeyd edib.

Gununsesi.info