
Oğurluqda şübhəli bilinənlər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Hövsan qəsəbəsində “ZİL” markalı 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağakərim Balayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Eyni zamanda Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon sakini B.Əmrahovaya məxsus içərisində 308 manat pul, tütün məmulatı və ərzaq məhsulları olan çantasını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Nadya Ələsgərova saxlanılıb.
Anar
Gununsesi.info