Yeni Zelandiyada Yaşıllar Partiyasının üzvü Golriz Ghahraman oğurluqda ittiham olunduqdan sonra istefa verib.
Gununsesi.info xəbər verir ki, 2017-ci ildə ölkədə hökumətə xidmət edən ilk mühacir kimi adından söz etdirən İran əsilli Ghahraman Oklend və Vellinqtonda baş verən üç ayrı hadisədə paltar və çanta oğurlamaqda günahlandırılır. 42 yaşlı deputatın dəbdəbəli mağazadan çanta oğurladığı görüntüləri mətbuatda əksini tapıb.
BMT-nin keçmiş insan haqları vəkili Ghahraman ittihamları etiraf edib və “işlə bağlı stress onun xarakterinə uyğun olmayan davranışlara yol açdığını” deyib. “Tibbi müayinələrdən sonra yaxşı olmadığımı anladım. Çoxlarını məyus etdiyim üçün üzr istəyirəm”, o deyib.
Yaşıllar Partiyasının həmsədri Ceyms Şou bildirib ki, Ghahraman parlamentə seçildiyi gündən ölüm təhdidləri alıb və irqçiliyə məruz qalıb.
Ghahraman əvvəllər irqçilərdən aldığı təhdidlərə görə müdafiə olunub. Qadın deputat Fələstin tərəfdarı bəyanatlarına görə də tənqid edilib.
Gununsesi.info