Oğruluqla məşğul olan şəxslər tutulub

  • By admin
  • 16 May 2017 09:35

hebs

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də Yeni Ramana qəsəbəsindəki evlərdən birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub.

Bundan başqa Baş Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da Yasamal rayonu ərazisindəki evlərdən birinin zirzəmisindən təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Xalıqov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun 1 avtoyuma məntəqəsindən, 1 qarajdan, 5 evdən, 4 avtomobildən pul, yuyucu qurğu, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Eyni zamanda Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 5 həyətyanı sahədən, 2 avtomobildən, 2 evdən və 1 mağazadan pul, inşaat materialları, təmir-tikinti alətləri, akkumulyator, ev quşu, ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Rasim Məmmədov, Zaur Məmmədov və əvvəllər məhkum olunmuş Xəyal Verdiyev tutulublar.

Anar
Gununsesi.info