Oğul ov zamanı atasını güllələdi

  • By admin
  • 23 Sentyabr 2019 14:36

İtaliyada qaban ovu faciə ilə nəticələnib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Salerno əyalətində baş verib.

34 yaşlı oğul 55 yaşlı atası ilə sıx meşəlik ərazidə qaban ovu edən zaman oğul yaxınlıqda kölgə görüb, ağac yarpaqlarının xışıltısını eşitdikdən sonra atəş açıb. Lakin məlum olub ki, onun qaban zənn edib atəş açdığı atası olub. Martino Qaudizo hadisə yerində ölüb.

Polis hadisəni törədən şəxsi həbs edib.

Məlumatda o da bildirilir ki, ata və oğul qadağan olunmuş ərazidə ov ediblər.

Gununsesi.org