XƏBƏR LENTİ

17 Fevral 2018

17 Avqust 2016 - 18:02

Oğurladığı maşının rəngini dəyişdi

usta

 

Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Muxtar Əsgərov ona məxsus “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.

Binəqədi Rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə 4-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev saxlanılıb. İdarədə dindirilən Əlibala törətdiyi əməli səmimi etiraf edib. Özünün maşın ustası olduğunu deyən Əlibala Quliyev avtomobili oğurladıqdan sonra maşını başqa bir rənglə boyayaraq özünə məxsus avtomobil nömrəsini taxaraq avtomobili idarə etdiyini deyib.

Araşdırmalar zamanı məlum olub ki, Əlibalanın  qaçırılan avtomobilin dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilmişdir.

Artıq faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

 

Gununsesi.info