Oğurluq etməkdə şübhəli bilinən Salyan rayonunun Qaraçala kənd sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də Salyan rayonunun Çadırlı kəndi ərazisində şirkətlərdən birinə məxsus 200 metr su borusu oğurlanıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qaraçala kənd sakini Şərəf Mikayılov tutulub.
Anar
Gununsesi.info