Oğurluq edən şəxslər tutuldu

  • By admin
  • 12 Sentyabr 2017 13:10

qandal

6 min manat dəyərində məişət cihazlarının ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən paytaxt və Şirvan şəhər sakinləri tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki ASC-lərdən birinə məxsus anbardan 6 min manat dəyərində məişət cihazlarının ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhəmməd Əkbərov və Şirvan şəhər sakini Mahir Əhmədov tutulublar.

Anar

Gununsesi.info