Oğurluq edən şəxslər yaxalandı 

  • By admin
  • 17 İyul 2017 13:32

qandal-qolda

4 nəfərə məxsus su mühərrikləri oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakinləri tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 12-nə keçən gecə Xaçmaz rayonunun Qoçaqlı kəndi ərazisində “Xan arxı” su kanalının kənarından kənd sakinləri olan 4 nəfərə məxsus su mühərrikləri oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İsmayıl Həsənov və Saleh Osmanov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar.

Anar

Gununsesi.info