Oğurluq edən şəxslər saxlanılıb

  • By admin
  • 20 Fevral 2017 12:12

qandal

Azərbaycanda soyğunçuluq və oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Bakı şəhər sakini Nazim Fətullayevin “Hyundai” markalı avtomobilindən 800 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Anar Cabbarlı tutulub.

Bundan başqa fevralın 18-də Bakı şəhər sakini İsbat Umudovun 55 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Cavid Məmmədcanov və Abşeron rayon sakini Mehralı Mehralıyev Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Eyni zamanada fevralın 4-də Bakı şəhər sakini Sevinc Əkbərovanın “Hyundai” markalı avtomobilindən soyğunçuluq yolu ilə 2 ədəd kürk aparmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağayar Xıdırov Nəsimi Rayon Polis İdarəsinin 21-cipolis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar
Gununsesi.info