
Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Kürd kənd sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 22-də rayon sakini Qafqaz Hətəmova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kürd kənd sakinləri Məhəmməd Məmmədxanov və Anar Aslanov tutulublar.
Bundan başqa oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elxan Zeynalovun ətrafında Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki iki müəssisədən, 1 evdən, 1 mağazadan, 2 qarajdan və 5 avtomobildən məişət əşyaları, elektrik naqili və akkumulyator oğurlaması da müəyyən edilib.
Eyni zamanda Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur İsmayılov və Həmidə Məmmədova tutulublar.
Anar
Gununsesi.info