
Oğurluqda şübhəli bilinən paytaxt sakinləri tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən iyunun 11-də Bakı şəhər sakini Səməd Həsənovun idarə etdiyi “Mercedes” markalı avtobusdan maqnitofon və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sarvan Nəsirov tutulub.
Bundan başqa, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tərlan Həsənovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 2-də və 10-da rayon ərazisində 2 ədəd velosiped oğurlaması da müəyyən edilib.
Eyni zamanda iyunun 10-da Bakı şəhər sakini Sənan Aslanovun idarə etdiyi “İsuzu” markalı avtomobildən mobil telefon oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Hüseynov tutulub. Ətrafında aparılan tədbirlərlə onun iyunun 8-də və 10-da daha iki nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.
Anar
Gununsesi.info










