Oğurluq etmək istəyən şəxs iş başında YAXALANDI

  • By admin
  • 31 Oktyabr 2016 16:07

ogru

Qaradağ rayon muhafizə polisinin əməkdaşları ayrı ayrı mühafizə olunan ticarət mərkəzlərində oğurluğa cəhdlərin qarşısını alıblar.

Gununsesi.info xəbər verir ki, Qaradağ  Rayon  Mühafizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki ticarət mərkəzlərindən birində oğurluğa cəhdin qarşısı alınıb. Ərazidə xidmət aparan mühafizə polisinin əməkdaşları Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədovu saxlayıblar. Qaradağ mühafizə polisinin əməkdaşları rayon ərazisindəki başqa biri ticarət mərkəzindəki oğurluğa cəhdində qarşısını vaxtında ala biliblər. Tahirov Aqşin Vaqifoğlu geyim əşyalarını anbardan oğurlayıb  qaçmaq istəyərkən saxlanılıb.  Hər iki faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

ogru1

Gununsesi.info