
3 mağazadan oğurluqda şübhəli bilinən Ağsu rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəsimi 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyul-sentyabr ayları ərzində rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub.
Anar
Gununsesi.info









