Oğurluq hadisələrinin üstü açılıb

  • By admin
  • 30 Avqust 2017 14:47

bakida-magazalari-qaret-eden-ogru-tutulub

Oğurluq etdiyinə görə tutulan şəxs Xəzər rayonu ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən də oğurluq törətməsi müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun ötən il martın 26-dan cari il avqustun 6-dək olan müddətdə rayon ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən pul, qızıl əşyalar, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlaması müəyyən edilib.

Anar
Gununsesi.info