Oğurluq üstündə tutuldu, axtarışda olduğu ortaya çıxdı

  • By admin
  • 10 Fevral 2018 18:55


Oğurluqda şübhəli bilinərək tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info