Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

  • By admin
  • 02 Mart 2017 12:37

ogurluq

Azərbaycanda oğurluq da şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 1-də metronun “Nizami” stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən paytaxat sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Bundan başqa Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki bağ evlərindən birindən 12.000 ABŞ dolları dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Qalib Əhmədov tutulub.

Eyni zamanda yanvarın 19-da Bakı şəhər sakini Təhminə Rəhimovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxat sakini Əminə Zeynalova Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Həmçinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu və 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 14-dən fevralın 28-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən akkumulyator, 1 saxlanc yerindən akkumulyator və təmir-tikinti alətləri, habelə 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Anar
Gununsesi.info