Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

  • By admin
  • 03 Mart 2017 12:21

qandal-qolda

Azərbaycanda oğurluq da şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev tutulub.

Eyni zamanda Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Ruslan Hüseynova məxsus mağazadan 4000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emil Abdullayev tutulub.

Bundan başqa Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki 1 evdən və 1 “Topaz” mərc oyunları məntəqəsindən müvafiq olaraq 1000 metr elektrik naqili və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən paytaxt sakini Xəyal Əkbərov tutulub.

Həmçinin oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Zaur Süleymanovun və Emin Abıyevin ətrafında Suraxanı 30-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvarın 12-dən fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 6 evdən, 3 avtomobildən və 1 mağazadan pul, akkumulyator, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Anar
Gununsesi.info