
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polisbölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Bakı şəhər sakini Şahin Məmmədova məxsus mobil telefon və noutbuku oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Tahirov tutulub.
Bundan başqa, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Telman Mirzəyevin ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il martın 16-dan iyunun 10-dək olan müddətdə şəhər ərazisində 2 nəfərin çantasından, 1 nəfərin cibindən, 1 avtobusdan və 1 avtomobildən pul və mobil telefon oğurlaması da müəyyən edilib.
Anar
Gununsesi.info