Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 17 Aprel 2017 11:34

ogru

Qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub.

Bundan başqa Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 300 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Çayarxı kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Feyzullayev tutulub.

Eyni zamanda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nikolay Miroşniçenkonun ətrafında Xətai Rayon Polis İdrəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun martın 6-da rayon ərazisindəki 1 mağazadan 115 manat pul, mobil telefon və noutbuk oğurladığı da müəyyən edilib.

Anar
Gununsesi.info