Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 19 Aprel 2017 11:53

ogru

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 11-nə keçən gecə Nəsimi rayonu ərazisindən Hacıqabul rayon sakini Asif Həsənova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə həmin avtomobili qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar.

Avtomobil Ağdam rayonu ərazisində tapılıb.

Bundan başqa Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Buzovna qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 20.000 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vüsal Hüseynzadə tutulub.

Eyni zamanda Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən aprelin 17-də Bakı şəhər sakini Günel Hacıyevanın çantasından 600 manat pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki gözəllik salonlarından birindən 470 manat pul oğurlaması da müəyyən edilib.

Anar
Gununsesi.info