Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 23-də saat 20 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindəki mağazalardan birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMİ-nin əməkdaşları tərəfindən oranın giriş qapısının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakini Zaur Musayev saxlanılaraq 15-ci PB-yə təhvil verilib.
Bundan başqa Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə aprelin 21-də Gəncə şəhəri ərazisindəki avtomobil təmiri sexlərindən birindən 13 ədəd radiator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Məcid Yusibov, əvvəllər məhkum olunmuşlar – Samit Rzayev və Xudaverdi Əflaki tutulublar.
Həmçinin Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-nə keçən gecə şəhər ərazisindəki mağazalardan birinin qapısının qıfılını sındırmaq yolu ilə 12 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Zarağan kənd sakini Eldar Hüseynov tutulub.
Anar
Gununsesi.info