
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də şəhər ərazisindəki evlərdən birindən 200 metr rabitə və 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Abbasov tutulub.
Bundan başqa Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Tengiz Qurbanovun 10.000 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aysel Namazova tutulub.
Anar
Gununsesi.info