Respublika ərazisində bir neçə oğurluq hadisəsi qeydə alınıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Kamran İsmayılov tutulub.
Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub.
Anar
Gununsesi.info