
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində rayon ərazisində 4 nəfərə məxsus avtomobillərdən pul, sənəd, kosmetik əşyalar və güzgülər oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Fuad Rəhimov tutulub.
Bunda başqa, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki evlərdən birindən 750 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Aşağı Cürəli kənd sakini Anar Şahbazov tutulub.
Anar
Gununsesi.info