Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 21 İyul 2017 12:11

ogru

Mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri və bir yeniyetmə tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan Rayon Polis Şöbəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Beyləqan rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmyerliləri Yasəf Nərimanovla birgə yanvarın 15-də İmişli rayonunun Qaradonlu poçt şöbəsindən içərisində 570 manat pul, qızıl əşyalar və sənəd, habelə şöbəyə məxsus 63 manat pul olan seyfi oğurlamaları da müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə Y.Nərimanov da tutulub.

Anar
Gununsesi.info