
Oğurluqda şübhəli bilinən Ucar rayon sakini saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərindən birində, orada işləyən qəsəbə sakini Rasim Abuşovun 80 manatını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Kamran Məmmədov Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, iyulun 9-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində 6 ədəd yerüstü işıq spotunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Sadıqov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info