Oğurluqda şübhəli bilinən şəxslər tutulub 

  • By admin
  • 28 Avqust 2017 13:52

qandal

Sumqayıt şəhəri ərazisində 11 evdən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri, velosiped, məişət əşyaları, su və elektrik sayğacları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər-rayon Polis İdarəsinin 1-ci və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 20-də cari il avqustun 22-dək olan müddətdə şəhər ərazisində 11 evdən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri, velosiped, məişət əşyaları, su və elektrik sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Fərid Baxşəliyev və Vüsal Məmmədov tutulub.

Anar

Gununsesi.info